Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, şəhərin mərkəzindəki Opera teatrının yaxınlığına yüzlərlə şəxs toplanıb.
Hələlik mitinq zamanı hər hansı bir insident qeydə alınmayıb.
Xatırladaq ki, N.Paşinyanın istefa tələbi ilə mitinqlər noyabrın 10-dan etibarən davam edir. Bu müddət ərzində onlarla saxlanan olub.
Oxu24.com
ŞƏRHLƏR