Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyaları sərtləşdirmək istəyir.
Oxu24.com yerli KİV-ə istinadən bildirir ki, bu, ABŞ-ın dövlət katibi Mayk Pompeonun adından yayılan yazılı açıqlamada yer alıb.
Açıqlamada qeyd olunur ki, bir il əvvəl İrandakı nümayişlərdən sonra rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və ölkədə internetə tam məhdudiyyət qoyulub.
Amerika diplomatiyasının rəhbəri hesab edir ki, İran tərəfi həmin cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir.
Sanksiyaların gələn həftədən sərtləşəcəyi gözlənilir.
Oxu24.com
ŞƏRHLƏR