Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Anar İsmayıl oğlu Əliyevin idarə etdiyi Təcili Tibbi Yardım maşını yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-cü il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub.
S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR