“Elnur özünün müddətli həqiqi hərbi xidmətini 4 il əvvəl bitirib gəlmişdi. Sentyabr ayındakı səfərbərlik vaxtı ilk çağırışçılardan idi. Vətən müharibəsi başlayandan bir gün sonra hərbi xidmətə yollanmışdı. Ağdam uğrunda gedən artilleriya döyüşlərində fəal iştirak edib. Əsgər yoldaşları deyir ki, əsl qəhrəman idi, hamımıza ürək-dirək verirdi, topun arxasında igid kimi dururdu. Oktyabr ayının 7-si səhər saatlarında top mərmisindən qopan bir parça boğazına dəyib və şəhid olub.
Bir gün sonra Sumqayıtda şəhidlər xiyabanında dəfn edildi. Cəmi 25 yaşı var idi igid Elnurumuzun”
Bunu Moderator.az-a açıqlamasında şəhid Allahverdizadə Elnurun dayısı oğlu Orxan Həsənli deyib. O həmçinin Elnurun səs rejissoru vəzifəsində çalışdığını da bildirib:
“Elnur səs rejissoru idi, bir çox film və seriallarda, reklam çəkilişlərində çalışmışdı. İşində həqiqətən də peşəkar idi, onu tanıyanlardan, bilənlərdən də soruşa bilərsiniz. Özünəməxsus zarafatları, danışığı, gülüşü, mehriban bir insan olması ilə hamının yaddaşında qalıb” deyə şəhidin yaxını bildirib.
Oxu24.com
ŞƏRHLƏR