Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41327
az

“Müharibə başa çatmayacaq” – Maksim Şevçenko

18:4811 Noyabr, 2020
385
SİYASƏT
  • A

Xəritəyə baxanda görmək olar ki, azərbaycanlılar faktiki olaraq ərazilərinin azad edilməsilə bağlı bütün məsələləri həll ediblər. Qarabağın mənəvi paytaxtı Şuşa götürülüb, razılaşmaya əsasən, erməni qoşunları 1 dekabra kimi olduqları rayonlardan çıxarılır. Həmin qoşunlar demək olar ki, təcrid olunublar. Onlar orada qala bilərlər, amma qışın gəlməsi ilə bu, onlar üçün ölüm və aclıqdan başqa bir şey deyil.

Sozcu.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq Maksim Şevçenko deyib. O bildirib ki, Azərbaycan hətta Zəngəzur, Ermənistan ərazisi vasitəsilə Naxçıvanla dəhlizin yaradılmasına da nail oldu:

“Belə görünür ki, hər şey yaxşıdır, müharibə başa çatıb. Amma görürük ki, Ermənistanda tez-tez olan hadisələr baş verir. Parlamentə hücum edilir, spiker vəhşicəsinə döyülür, Paşinyan haradadır, bəlli deyil. Parlamenti qarət edən kütlə hakimiyyət dəyişikliyi tələb edir. Onda belə sual olunur: İndi müharibə başa çatacaq?

Xeyr, müharibə başa çatmayacaq. Çünki Ermənistanda hakimiyyətə gələcək hər hansı qüvvə uduzduğunu, azərbaycanlılarla barışmağı təklif edə bilməyəcək, revanş ideyaları ilə çıxış edəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xamneyi əmr verdi - Hücum planı hazırlanır
Gürcüstanda seçkilərdir: Ölkəni nə gözləyir?
İran-İsrail qarşıdurmasının daha bir səhifəsi bağlanır -Növbəti hücum hədəfi budur

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto