Qarabağdakı sülhməramlı kontingent ən müasir silahlar və xüsusi texnika ilə təchiz edilib.
Publika.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bildirib.
“Kontingent zirehli piyada daşıyıcıları BTR-82A, zirehli texnika "Tiqr" və "Tayfun" və lazımi bütün ərzaqla təmin edilib. Hərbçilərin Suriyada humanitar əməliyyatları dəstəkləmək və qorumaq üçün tapşırıqları yerinə yetirmək təcrübəsi var. Şəxsi heyət silahlı münaqişələrdə beynəlxalq humanitar hüquq normalarının öyrənilməsi və yerinə yetirilməsi üzrə xüsusi təlim keçiblər”, - Rudskoy əlavə edib.
Oxu24.com
ŞƏRHLƏR