Ötən gün ölkə ərazisində baş verən avtomobil qəzalarında ölən və yaralananların sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da paytaxtda və digər rayonlarda 6 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub, 5 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Ölənlərdən 4 nəfəri piyada, 2 nəfər isə sürücü olub.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR