BMT Moskva, Bakı və İrəvan arasındakı razılaşmanı alqışlayır və razılaşmaların həyata keçirilməsində tərəflərə kömək üçün hər şeyi edəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.
“Rusiya rəhbərliyinə gördükləri işə görə çox minnətdarıq”, - deyən Düjarrik, BMT Baş katibi Antonio Quterreşin razılaşma ilə bağlı məlumatları alan zaman “rahat nəfəs aldığını” bildirib.
“Rahatlıq hissimiz bunun mülki əhalinin çətinliklərinə son qoyacağına ümid etməyimizlə bağlıdır. Bu razılaşmanın əldə olunmasını alqışlayırıq. Tərəflərə bu razılaşmaların həyata keçirilməsində dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə təşkilat rəsmisi qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR