Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, telefon danışığında Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib.
Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.
O, Türkiyənin də Ermənistan işğalından azad edilən torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə təsis olunacaq ortaq mərkəzdə Rusiya ilə birlikdə atəşkəs üçün nəzarət və müşahidə fəaliyyətində olacağını, dolayı yolla bu məqamda Rusiya tərəfinə də mühüm bir məsuliyyət düşdüyünü dilə gətirib.
Ərdoğan Ermənistanın işğalından sonra Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini qeyd edib.
Dağlıq Qarabağ məsələsinin, regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya işbirliyinin əhəmiyyətini göstərdiyini bildirən Ərdoğan eyni işbirliyinin Suriya böhranı üçün də davam etdirilməli olduğunu və orada da bənzər mexanizmin qurula biləcəklərini deyib.
Oxu24.com
ŞƏRHLƏR