Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov noyabrın 10-da Rusiyanın Azərbaycandakı səfirliyində olublar.
“Report” xəbər verir ki, bu barədə məlumatı diplomatik nümayəndəliyin tvitter səhifəsi yayıb.
X.Xələfov və R.Tahirov Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı veriblər.
Oxu24.com
ŞƏRHLƏR