Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41233
az

DİQQƏT! DİN vətəndaşlara müraciət edir

12:3710 Noyabr, 2020
855
SON DƏQİQƏ
  • A

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. 

Nazirliyin mətbuat xidmətindən Oxu24.com-a  daxil olan müraciət bildirilir:

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan tam azad olunması və qazanılan qələbə ilə bağlı xalqa müraciəti hər birimizin böyük sevincinə səbəb oldu. Gecə saatlarından başlayaraq vətəndaşlarımız küçələrə axışaraq bu möhtəşəm qələbəni coşqu və fərəh hissi ilə qeyd edir.   

Lakin müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-isifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Sözsüz ki, belə hallar vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olur.

Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.          

Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni icra başçısı kimdir?- DOSYE
TƏCİLİ! Bakıda bina yanır
Ağadadaş Ağayev məhkəməyə gəlmədi- Həbsi tələb edildi

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto