Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə 27 sentyabrdan etibarən mövcud olan hərbi vəziyyətlə əlaqədar olaraq Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsinin məhdudaşdırmışdı.
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən II Qarabağ müharibəsinin bitməsi haqda bəyanatın imzalanması ölkə üzrə internetin verilməsinin bərpa edilməsi məsələsini gündəmə gətirib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, bu barədə müvafiq qərardan sonra ictimaiyyətə məlumat veriləcək.
Oxu24.com
ŞƏRHLƏR