Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41148
az

"Şuşanın azad edilməsi haqqın öz yerini tapdığını sübuta yetirdi" - İranlı deputat

22:5308 Noyabr, 2020
464
DÜNYA
  • A

Şuşanın işğalçılardan azad edilməsi haqqın, ədalətin öz yerini tapdığını sübuta yetirdi.

Oxu24.com bildirir ki, bunu Trend-ə açıqlamasında İran parlamentinin deputatı Əhməd Əlirza Beygi deyib.

Ə.Əlirza Beyginin sözlərinə görə, Şuşa məscidindən azan səsinin eşidilməsi bütün dünyaya car çəkir ki, zülm yerdə qalmayacaq və haqq öz yerini tapacaq.

İranlı deputat qeyd edib ki, 28 il öncə ermənilərin Xocalıda və Qarabağın digər şəhər və kəndlərində qadın və uşaqlara qarşı cinayəti, zülmü yerdə qalmamalı idi.

Əlirza Beygi əlavə edib ki, biz bu gün bunun şahidi olduq. Allaha şükür edirik. Bizim qeyrətli Azərbaycanlı qardaşlarımız buna nail oldu:

"Hazırda Şuşanın azad olunması ilə fəxr edirəm, ürəkdən sevinirəm. Sevinirəm ki, Şuşa öz doğmalarına qayıdır.

Bu gözəl gün, zəfər günü münasibəti ilə Azərbaycan dövlətini, Azərbaycan xalqını təbrik edirik. Bu zəfər hamının ürəyindən sanki tikan çıxardı".

Əlirza Beygi bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı işğal olunmuş ərazilərin müzakirələr yolu ilə həll edilmədikdə, öz gücünə torpaqları işğaldan azad edə biləcəyini sübuta yetirdi. Çünki uzun illər davam edən müzakirələr Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması ilə nəticələnməmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü