Koronavirus insanlar üçün bir neçə il sonra ölümcül olmayacaq.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qamaleya İnstitutunun tədqiqatçısı, tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn bildirib.
“COVID-19 kimi viruslar üçün azalan patogenlik istiqamətində dəyişiklik xarakterikdir. Təxminən bir, iki və ya üç il ərzində virus o qədər az riskə sahib olacaq ki, ölüm halları demək olar ki, olmayacaq”, - ekspert qeyd edib.
Sözlərini qüvvətləndirmək üçün alim statistikaya müraciət edib. Onun sözlərinə görə, dünyada yay göstəriciləri ilə müqayisədə ölüm nisbətində kəskin azalma nəzərə çarpır. Virusoloq ölənlərin sayının 3-4 dəfə az olduğunu vurğulayıb.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus infeksiyasının uzunmüddətli nəticələri barədə xəbərdarlıq edib.
Oxu24.com
ŞƏRHLƏR