Associated Press (AP) agentliyi Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-da Prezident seçkilərinin qalibi olduğunu elan edib.
Oxu24.com xəbər verir ki, AP-nin hesablamalarına əsasən, Bayden prezident olmaq üçün lazım olan 270 seçici səsini toplayıb.
Son qiymətləndirmələrə görə, Bayden Pensilvaniya ştatında qalib gələrək 20 seçici səsi qazanıb. Beləliklə, hazırda Baydenin 273, Trampın 213 seçici səsi var.
Qeyd edək ki, NBC kanalı da oxşar qiymətləndirməni nümayiş etdirib.
Oxu24.com
ŞƏRHLƏR