"O danışanda sanki Azərbaycan danışırdı..Bu günlər üçün çalışırdı "
Bu bizik ?!
Bu gün əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair, Qarabağ və Azərbaycan həqiqətlərini dünya və Rusiya auditoriyasına çatdıran Rusiya İslam komitəsinin sədri, Qarabağın xan və məşhur Sarıcalılar nəslindən olan Heydər Camalın torpağa tapşırıldığı gündür.
Xatırladaq ki ,oğlu Orxan Camalın da taleyi acınacaqlı olub Jurnalist və ictimai xadim olan Orxan Camal bu il CAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən öldürülmüşdür
Azərbaycanlı Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləmişdir. Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi...
Allah hər ikisinə Rəhmət Eləsin...
Oxu24.com
ŞƏRHLƏR