Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100432
az

Bir nəsildən üçüncü şəhid - Elşad Cəfərovun həyatı

12:3504 Yanvar, 2024
624
ÖZƏL BÖLÜM
  • A

Cəfərov Elşad Malik oğlu 27.11.1999-cu il tarixdə Sabirabadın Qalağayın kəndində anadan olub.

Oxu24.com xəbər verir  ki,əslən Füzuli rayonunun Dövlətyarlı kəndindəndir. Hələ uşaqlıq çağlarından torpaqlarımızın azad ediləcəyi ümidi ilə yaşayan Elşad Cəfərov Vətən müharibəsində böyük igidliklə iştirak edib. Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub.

O, "Füzulinin işğaldan azad olunmasına görə", "Xocavəndin işğaldan azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

2022-ci ilin oktyabr ayında könüllü olaraq komando kurslarına qatılıb və “N” saylı komando hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirində iştirak edən Elşad bir neçə yüksəkliyin terrorçulardan təmizlənməsində xüsusi ilə fərqlənib və bu döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Elşadın əmisi oğlu Əli Cəfərli İkinci Qarabağ müharibəsində, əmisi isə Birinci Qarabağ müharibəsində şəhid olub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Bir nəsildən üçüncü şəhid - Elşad Cəfərovun həyatı
SON DƏQİQƏ! Müdafiə Nazirliyi İranla bağlı açıqlama yaydı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı