Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41065
az

Dövlətə xəyanət edən ər və arvadın məhkəməsi başladı

10:5007 Noyabr, 2020
448
KRİMİNAL
  • A

Dövlətə xəyanətdə təqsirləndirilən ər-arvad Həbib Abbasquliyev və Lamiyə Abbasquliyevanın barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.

Oxu24.com -un  məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi  hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Azərbaycan vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilən gizli görüşlərdə verilən tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əziz Seyidov təqaüdə göndərildi- Foto
Alimpaşa Məmmədovun cəzası azaldıldı
Tovuzda ev əşyaları ilə birgə yandı- FOTOLAR

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto