Qondarma Dağlıq Qarabağ rejiminin “paytaxtı” hesab edilən Xankəndidən əhalinin 70%-nin çıxdığı bir daha təsdiqini tapıb.
Publika.az xəbər verir ki, bu barədə qondarma rejimin fövqəladə hallar nazirliyinin xilasetmə qüvvələri şöbəsinin rəisi, polkovnik-leytenant Mexak Arzumanyan RİA “Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bir çox ailə Ermənistan ərazisinə köçüb.
M.Arzumanyan qeyd edib ki, müharibənin əvvəlindən bu günə qədər Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edən "fövqəladə hallar nazirliyinin iki əməkdaşı" öldürülüb, daha 13 nəfər yaralanıb.
Oxu24.com
ŞƏRHLƏR