Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40760
az

Azərbaycanda kafe və restoranlar yenidən bağlanır?-AÇIQLAMA

15:3931 Oktyabr, 2020
449
CƏMİYYƏT
  • A

Oktyabrın 30-da Azərbaycanda rekord yoluxma qeydə alınıb. Belə ki, 1022 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb. Yoluxma sayını azaltmaq üçün bu həftə Azərbaycanda kafe və restoranlar yenidən qapadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, aprel ayındakı karantin rejiminə təcili qayıtmaq lazımdır:

"Gözəllik salonları, kafe və restoranların hər biri bağlanılmalıdır. Düşünürəm ki, tezliklə bu barədə qərar qəbul ediləcək. Aprel ayındakı karantin rejiminə qayıtmaq mütləqdir. Əks təqdirdə yoluxma sayı 2000-nə qədər yüksələcək.

İnsanlar küçədə maska taxmasa da olar. Amma dayanacaqda, qapalı yerlərdə mütləq taxmalıdırlar.

Qapalı yerlərə daxil olan zaman maska taxmaq mütləqdir. Bəzən olur ki, insanlar qapalı yerlərə daxil olan zaman maskanı taxır, içəri daxil olan kimi onu çənəsinin altına endirir. İctimai nəqliyyatdakı sıxlıq da yoluxmaların sayını artırır. Ona görə də təcili olaraq "evdə qal" karantininə keçmək lazımdır. Bu yolla biz yoluxmanın sayının 2000-nə çatmasının qarşısını ala bilərik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Manafa itki üz verdi -Yemək yedikləri yerdə qəfil öldü
Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür
Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü