"Putin Azərbaycanın "yeddi rayona” haqqı çatmasıyla bağlı mövqeyini dilə gətirdi, Azərbaycan isə "sülh prosesi”nin vasitəçiləri və ortaq sponsorlarının iştirakı olmadan bunların beş yarımını özü özünə qaytardı”.
Bu sözlər rusiyalı politoloq Maksim Şevçenkonun "Maks atakuet” Teleqram kanalındakı növbəti şərhində yer alıb.
Politoloq daha sonra bunları yazıb:
"İndi bir yarım rayon haqqında danışmağı da tez bir zamanda öyrənməliyik.
Yalnız bir az daha tez - sabah azərbaycanlılar Laçını götürəcəklər və "Dağlıq Qarabağ” nəhayət Stalinqrada çevriləcək.
Ondan sonra isə Rusiyaya təkcə "On iki stul”un Türk vətəndaşının oğlu ilə əlaqəsi olan qəhrəmanı kimi bığlarını tərpətmək qalacaq.
Düşünürəm ki, azərbaycanlılar yalnız bir səbəbdən Qarabağı götürmürlər – ona görə ki, Dağlıq Qarabağdan qaçmaq istəyən hər kəs qaça bilsin.
"DQR liderləri"nin dediyinə görə, azərbaycanlılar Şuşanın bir neçə kilometrliyindədir.
Şuşa dediyin, Dağlıq Qarabağın ürəyidir.
Vasitəçilik xidmətlərinə sabah-birisigün yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqda və əsir-meyit mübadiləsi zamanı ehtiyac ola bilər.
Ancaq fəhmim mənə deyir ki, bunu artıq Moskva deyil, Ağ Evdə yeni bir prezidentin rəhbərliyi ilə Vaşinqton edəcək.
Məğlubiyyətdən sonra Paşinyanın hərbi fəlakətdə Kremli və illər ərzində yalnız Moskvada erməni xalqı və "Artsax" adıyla alver etmiş "Qarabağ avtoritetləri"ni günahlandıraraq KTMT-dən çıxacağına zəmanət vermək olar.
Bir anlıq təsəvvür edək ki, prezident Bayden və prezident Putin danışıqlar prosesinə qoşulmağı və bu məsələdəki vasitəçiliyi təklif edən Ərdoğan və Xameneyiyə zəng edirlər.
Sual budur – onlar kimin telefon zənginə birinci cavab verəcəklər, kimə daha həvəslə söz verəcəklər?
Blef edərkən kartlarınızı bərk-bərk sıxdığınız zaman belə olur... Hamı sadəcə kartını yerə atıb oyunu tərk edir və başqa bir masaya keçir.
O masaya ki, kazino sahibi özü kartları paylayır.
Rusiyanın Qarabağ məsələsindəki kökə və dəyənək siyasəti (eyni zamanda bütün maliyyə spekulyantlar lobbisini bəsləmək) o nəticəyə gətirdi ki, Rusiyaya qalan yalnız bu oldu - Suriyada terrorla mübarizə adı verib bəzi naməlum personajları bombalamaq və "güclü gedişlər" kimi qələmə verilən Türkiyə ilə dialoq.
Və bu gediş - siyasi alətlərin və ssenarilərin tamamilə yoxluğunun göstəricisidir.
Qarabağ məsələsindəki strateji təşəbbüs təcrübəsiz şəkildə itirildi.
Görəsən buna kim cavabdeh olacaq?
Yenə də Navalnı?..”
Oxu24.com
ŞƏRHLƏR