Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında Rusiyanın dövlət başçısı Vladimir Putinlə ötən gün baş tutan telefon danışığından bəhs edib:
“Putinə dedim ki, istəsəniz gəlin, Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək.
Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım.
Nümayəndələrinizi göndərin.
Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi. Bu işi birlikdə həll etmək məcburiyyətindəyik.
Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram.
Qırmızı xətlərimizi də dedim.
Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq”
Oxu24.com
ŞƏRHLƏR