“Azərbaycan heç vaxt Dağlıq Qarabağın süqutunu görməyəcək”.
Oxu24.com erməni mediasına istinadən xəbər verir ki, bu açıqlamanı xalqa müraciətində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O vurğulayıb ki, Qarabağda kifayət qədər silah-sursat var. “Bütün dünya arxamızda durub və dayanmağa davam edəcək bir çox dostumuz var. Qədirbilən erməni xalqı bunu heç vaxt unutmayacaq”, – deyən Paşinyan qeyd edib ki, Azərbaycan lazımi anda dağıdıcı təsir göstərəcək əks hücumla qarşılaşacaq.
O daha sonra deyib: “Bu müharibə zamanı beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinə münasibəti əhəmiyyətli dərəcədə dəyişdi. Dünya oyunçuları Azərbaycan və Türkiyənin təcavüzkar tərəf olduğunu qəbul edir və bəyan edirlər”.
HAŞİYƏ: Görünən odur ki, ATƏT-in Minsk Qrupunun üç həmsədri artıq açıq şəkildə Ermənistanı dəstəkləyir. Və bunu müxtəlif kanallarla Nikol Paşinyanın qulağına pıçıldayanlar da olub. Yoxsa Paşinyan son anda belə cürətlə danışmazdı. Amma Azərbaycan haqlı mübarizəsindən geri çəkilməyəcək və faşizm ideologiyası ilə yaşayan erməniləri məhv edənə qədər dayanmayacaq.
Oxu24.com
ŞƏRHLƏR