Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının 40-a yaxın hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.
Publika.az xəbər verir ki, Xidmətin direktor müavini Armen Abazyan münaqişə zonasında aktiv döyüş əməliyyatları zamanı sərhəd qoşunlarının itkiləri ilə bağlı statistik məlumatları təqdim edib.
"Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları döyüş əməliyyatlarına cəlb edilib. Onlardan 37 nəfər ölüb, 4 nəfər itkin düşüb. Digər 243 nəfər yaralanıb", - Abazyan bildirib.
Oxu24.com
ŞƏRHLƏR