Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40567
az

Dövlət Komissiyası əsir və girovlarla bağlı məlumat yaydı

20:2026 Oktyabr, 2020
535
QARABAĞ
  • A

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Oxu24.com xəbər verir ki, məlumatda deyilir:
2020-ci il oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirilib.

Eyni zamanda Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğu diqqətə çatdırılıb.

Qeyd olunanlara baxmayaraq, indiyədək Ermənistan Respublikası əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının təkliflərinə cavab verməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Laçına müntəzəm avtobus reysi açılır
Hadrutun işğaldan azad olunmasından 4 il ötür
Cəbrayılın azad olunmasından 4 il ötür

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto