Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40476
az

Türkiyənin BU ADDIMI ABŞ-ı qorxuya saldı: Əməkdaşlığa əngəldir

13:4824 Oktyabr, 2020
1035
DÜNYA
  • A
Türkiyənin tələb etdiyi müdafiə sistemlərini satmaqdan bir bəhanə ilə yayınan və hər fürsətdə təxirə salan ABŞ öz qorxularını gizlədə bilmir. Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Conatan Hoffman Türkiyənin “S-400” sistemlərini sınaqdan keçirməsindən narahatlığını dilə gətirib. “Pentaqon Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqlədiyi kimi, Türkiyənin oktyabrın 16-da “S-400” hava müdafiə sistemlərinin sınaqlarını ciddi şəkildə qınayır. Mövqeyimizi tərəddüd etmədən açıqladıq, “S-400” sistemləri Türkiyənin NATO və ABŞ-la müttəfiqlik prinsipləri ilə üst-üstə düşmür”, - Pentaqon rəsmisi bildirib. Türkiyənin Rusiyadan bu sistemləri almasına etiraz etdiklərini bildirən Hoffman vurğulayıb: “Münasibətlərimiz üçün ciddi problemlər yaratmaq riski daşıyan bu sınaqlara etiraz edirik”. Hoffman Türkiyənin “S-400” satın alması səbəbindən “F-35” proqramından çıxarıldığını xatırladıb: “S-400”-lər digər sahələrdəki əməkdaşlığımıza da əngəl olur”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşa hakimiyyəti Rusiya Baş Konsulluğunu bağlamaq üçün noyabrın sonuna qədər vaxt verib
Moldovada prezidentliyə namizədlərin təbliğatçılarına hücum edilib
İran Motorola-nı qadağan etdi

Yarasaların gözəllik müsabiqəsi keçirilir

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
Yükün içərisindən adam çıxdı— Azərbaycan sərhədində şok hadisə
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi