Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40468
az

Günün qoroskopu: qətiyyətli olun24 Oktyabr 2020

00:5824 Oktyabr, 2020
690
CƏMİYYƏT
  • A

Qoç - ünsiyyət və müzakirələr üçün əlverişli zamandır. Danışıqlarla müzakirələrdə qarşı tərəfin gizli istəkləri və əsl niyyətini anlamağa çalışın. Küsənləri barışdırın. Yaxınlarınıza məsləhətlər verin, qarşıdurmadan yayınmanın yollarını göstərin.

Buğa - müsbət təmayüllərin təsiri güclənəcək. Yeni biliklər və informasiya əldə etməyə can atın. Enerjinizi gərəkli istiqamətə yönəltsəniz az sonra yaxşı nəticələr əldə olunacaq.

Əkizlər - səmimi, nikbin və gülərüz olmata çalışın. Yaxın ətrafınızdakkı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.

Xərçəng - ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin. Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.

Şir - uzunmüddətli planlar hazırlamaq olar. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də dəyişikliklər etmək zamanıdır. Təxəyyülünüzü işə salın. İmkan və bacarıqlarınızı reallaşdırın. Ətrafdakı insanların çətin saydıqları problemi həll etmək iqtidarındasınız.

Qız - mənfi emosiyalarınızı üzə çıxarmayın. Hirsli və qıcıqlı olmayın. Təmkinli davranış bir sıra münaqişələrin qarşısını alacaq. Sənədlərlə iş zamanı həddən artıq diqqətli olun. Ən kiçik səhv baha başa gələ bilər.

Tərəzi - ailə üzvləri ilə fikir ayrılıqları yarana bilər. Dəyər verdiyiniz insanlarla sərt, aqressiv danışmayın. Həddən artıq kritik olmayın. Ətrafınızdakı insanlar qarşısında ağır şərtlər və tələblər qoymayın. Münasibətlərdə köklü dəyişikliklər etmək zamanı deyil.

Əqrəb - romantik görüş ehtimalı yüksəkdir. Aktiv, nikbin olun. Əks cins mənsubu ilə qayğıkeş davranın. Ciddi münasibətlərin başlanmasını istəyirsinizsə, məqsədyönlü və iradəli davranın.

Oxatan - liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarıqlarınızı göstərin. Öz işlərinizi qaydaya salmaqla yanaşı, başqalarının problemlərini də həll edə bilərsiniz. Diskussiyalarda qətiyyətli olun. Ətrafınızdakı insanlar sizi dinləyəcək, anlamağa çalışacaqlar.

Oğlaq -  işdə və evdə kiçik anlaşılmazlıqlar, ixtilaflar olacaq. Bütün dünyanın sizə qarşı olduğunu düşünməyin. Mübahisələrdən fayda əldə edə bilərsiniz. Ətrafınızdakı insanları diqqətli dinləməklə yanaşı, aqressiv olmayın.

Dolça -  qətiyyətli olun. Yaxın ətrafınızdakı həddən artıq ehtiyatlı davranış tələb edən insanların məsləhətlərinə yox, sağlam məntiqinizə əsaslanın.

Balıqlar - yolunuzda yaranacaq maneələr dəf olunmayacaq deyil. Sadəcə, məqsədə çatmaq üçün qeyri-standart metodlardan yararlanın. Eksperimentlər edin, riskdən çəkinməyin.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto