Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
ADY: Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir

ADY: Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir

6 saat İŞIQ OLMAYACAQ

6 saat İŞIQ OLMAYACAQ

Rusiyanın bu adası yoxa çıxdı— Alimlər şokda

Rusiyanın bu adası yoxa çıxdı— Alimlər şokda

XƏBƏR LENTİ

02 Noyabr 2024
Türkiyədə nə baş verir? - rus turistlər kütləvi şəkildə naməlum virusa yoluxdu - SN hərəkətə keçdi
Azərbaycanlı blogerdə xərçəng tapıldı - FOTO
Kamandar Ələkbərova yüksək vəzifə verildi
Qutu-qutu aldığımız vitaminlərin əks effekti üzə çıxdı - ölüm riskini artırımış
Müəllimlər cinsiyyətə aid dərsləri niyə keçmir?
ADY: Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir
Bu qidada ölümcül bakteriya aşkar edildi - Masanızda varsa, dərhal atın
Kombinin ömrünü uzatmaq istəyirsinizsə... -Görün nələri etmək olmazmış

6 yaşlı uşaq qəbiristanlıqda ölü tapıldı - Küçədən kağız toplayan biri onu... -FOTOLAR
Sabah bu yollara 3 saat məhdudiyyət qoyulacaq
ABŞ-da elektron səsvermə ekranında “Tramp” xətası -FOTO
Elektrikli velosiped bomba kimi partladı: 19 yaşlı gənc həyatını itirdi
Xamenei: İsrail və ABŞ-a sərt cavab verəcəyik
BÜTÜN XƏBƏRLƏR
40319
az

Azərbaycan Almaniyaya nota verəcək

19:3719 Oktyabr, 2020
519
SİYASƏT
  • A
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin işğal altında olan torpaqlarımıza səfəri ilə bağlı KİV-in sorğusunu cavablandırıb. XİN-dən Oxu24.com-a verilən məlumata görə, o bildirib ki, bu il oktyabrın 18-də Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti Şteffen Kotre (Steffen Kotré), Ştefan Koyter (Stefan Keuter), Andreas Qalau (Andreas Galau), Andreas Kalbits (Andreas Kalbitz) işğal altında olan torpaqlarımıza səfər edib. "Qeyd etmək istərdik ki, Almaniyada olduqca mənfi imicə sahib olan bu deputatlar AfD partiyasında Ermənistanın xeyrinə təbliğat aparan qruplaşmanın üzvləridir. Andreas Kalbits AfD partiyasının idarə heyətinin 15 may 2020-ci il tarixli iclasında neonasist Respublikaçılar partiyasına üzv olması əsas gətirilməklə, neonasist keçmişinə görə partiya sıralarından xaric edilmişdir. Qeyd edək ki, Bundestaqın deputatı Ştefan Koyter də ictimaiyyətdə nasist və anti-semitist şüarlardan həvəslə istifadə etməsinə görə seçilir. Yuxarıda adları qeyd olunan deputatların adları 2019-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb. AfD siyasətçilərinin adları təkcə Azərbaycanın işğal olunmuş bölgələri deyil, bütövlükdə post-sovet məkanındakı münaqişə bölgələrinə tez-tez qanunsuz səfərlər etməkdə hallandırılır. Qeyd edək ki, bu dördlüyün ötən ilin mayında etdikləri qanunsuz səfərlə bağlı Bundestaqın və Brandenburq Landtaqının prezidentlərinə göndərilən etiraz məktublarına müvafiq tərəflərdən verilmiş cavablarda səfərin həmin qurumlarla razılaşdırılmadığı, hər hansı komitəsinin icazəsi ilə baş vermədiyi və səfərlə əlaqədar bütün məsuliyyətin onun iştirakçısı olan deputatların üzərinə düşdüyü vurğulanmışdır. Eyni zamanda qeyd edək ki, Bundestaqın AfD fraksiyası münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair ortaq mövqe ortaya qoyur. Ökəmizin Almaniyadakı səfirliyi tərəfindən sözügedən qanunsuz səfərlə əlaqədar AFR XİN-ə nota, Bundestaq və Brandenburq Landtaqlarına etiraz məktubları göndərəcək. Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir. Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir", - L.Abdullayeva vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xamneyi əmr verdi - Hücum planı hazırlanır
Gürcüstanda seçkilərdir: Ölkəni nə gözləyir?
İran-İsrail qarşıdurmasının daha bir səhifəsi bağlanır -Növbəti hücum hədəfi budur

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto