Ötən gün ağır yaralandığı məlum olan Rüstəm Qasparyan bu gün xəstəxanada ölüb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı onun "Çiçəklənən Ermənistan" partiyası üzrə yoldaşı Naira Zöhrabyan verib.
Ötən gün R.Qasparyanın yaralandığı, oğlunun isə məhv edilməsi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, R.Qasparyan birinci Qarabağ müharibəsi zaman azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib və Xocalı soyqırımının iştirakçılarından biri olub.
Oxu24.com
ŞƏRHLƏR