Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncamda iyirmi bir min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldığı qeyd olunub.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Oxu24.com
ŞƏRHLƏR