Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39908
az

Azərbaycan Prezidenti: "Düşmən ölkənin rəhbərliyi yalvarır"

18:3109 Oktyabr, 2020
414
SİYASƏT
  • A

"Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin başçılarına müntəzəm olaraq zəng edir".

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin bizi xilas edin. Onların xilasının yeganə yolu odur ki, torpaqlarımızdan çıxsınlar. Dəfələrlə bunu demişik", - Prezident deyib.

"Dəfələrlə bunu demişik ki, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa peşman olacaqsız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq! Dəfələrlə demişəm. Amma bizim torpaqlarımıza oturub, bizim müqəddəs torpağımızı zəhərləyib, sonra da bizə qarşı iddia qaldırasan. Görün, qudurğanlığın dərəcəsinə baxın", - Ali Baş Komandan deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyevlə Ərdoğanın səmimi dialoqu - VİDEO
Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək
Siyavuş Novruzov: "Namizəd ola bilməyəcəyim haqda xəbər yalandır"

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı