İran Ermənistana xəbərdarlıq edib.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, ölkənin Müdafiə naziri Əmir Hatəmi Dağlıq Qarabağdakı münaqişə çərçivəsində İran ərazisinə düşən sursatlar məsələsində xəbərdarlıq göndərib.
Məşhəd şəhərində qatıldığı tədbirdə çıxış edən nazir bildirib ki, bu sursatların sayı artsa, daha çox qabaqlayıcı tədbir görəcəklər.
Hatəmi ölkənin sərhəd təhlükəsizliyinin qorunmasının onlar üçün həyati əhəmiyyət kəsb etdiyini dilə gətirib: “Xəta və diqqətsizlik səbəbilə İran sərhədlərinə bir mərminin belə düşməsi qəbuledilməzdir. Qafqaz bölgəsində münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıq göndərilib. Sərhədyanı zona sakinlərinin və İran vətəndaşlarının təhlükəsizliyi əhəmiyyətli mövzu olduğu üçün bu xəbərdarlığa qonşumuz tərəfindən riayət olunacağına ümid edirik”.
Oxu24.com
ŞƏRHLƏR