Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39590
az

DİN vətəndaşlara müraciət edib

22:0403 Oktyabr, 2020
472
REDAKTORUN SEÇİMİ
  • A

Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib.

Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

DİN bir daha hərəkət iştirakçılarından xahiş edir ki, komendant saatının tətbiq edildiyi inzibati ərazilərdə yaşayan və ya həmin ərazilərə giriş-çıxış edən şəxslər gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək səfərlərini başa çatdırsınlar, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmasınlar.

Həmçinin komendant saatı müddətində fəaliyyətinə icazə verilmiş sahələr üzrə xidmət göstərən, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, qeyd olunan müddət ərzində komendant saatı tətbiq edilmiş inzibati ərazilərdə nəqliyyat vasitələri ilə hərəkət etmək zərurəti yarandığı təqdirdə mütləq qaydada sürücü və yükü müşayiət edən digər şəxslər haqqında müvafiq məlumatlar gücləndirilmiş elektron imzadan istifadə olunmaqla icaze.e-gov.az portalına daxil edilərək xüsusi icazə alınmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda yüksək vəzifəli şəxs işdən azad edildi
Xankəndidə konsulluq açmaq Rusiyanın nəyinə lazımdır?
Bakıda dəhşətli anlar: Süpürgəçi qadın öldü,ofisiant yaralandı

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı