Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39549
az

Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına REAKSİYA

23:2002 Oktyabr, 2020
242
HƏRBİ
  • A

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin rəhbərlərinin bəyanatına münasibət bildirib.

XİN-dən Publika.az-a verilən məlumata görə, açıqlamada bildirilir:

"Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamıdır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrdə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq etmişdir.

Qeyd etmək istərdik ki, Ermənistan rəhbərliyi tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin "inaqurasiyasında" iştirak üçün Şuşa şəhərinə getməsi, işğal olunmuş Xankəndi şəhərində təhrikçi xarakterli "Qarabağ Ermənistandır" bəyanatını səsləndirməsi, işğalçı ölkənin "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasının irəli sürməsi, münaqişənin həlli danışıqlarda 7 qeyd şərt irəli sürməsi, eləcə də danışıqların formatını dəyişdirmək cəhdləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan münaqişənin həlli prosesinə zərbə vurub.

Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb.

Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir.

ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərində çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Əksinə cəzasızlıq mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır.

Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə düşür"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR