Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39490
az

Paşinyan "İsgəndər"ləri işə salmağa cəsarət etməyəcək - AÇIQLAMA

22:2330 Sentyabr, 2020
665
HƏRBİ
  • A

"Nikol Paşinyanın "İsgəndər" raketləri ilə bağlı çıxışı boş, mənasız və panik vəziyyətdə olan bir açıqlamadır. Paşinyan raketlərindən istifadə edə bilməz. O, özü yaxşı bilir ki, "İsgəndər"ə komanda verməmiş Ermənistanda elə bir tozanaq qalxar ki, Paşinyanın külü ələ gəlməz".

Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan hələlik şokdan ayılmayıb: "İtirilən ərazilər, minlərlə hərbçi və yüzlərlə texnika onun ağlını başından alıb. Naxçıvandan Ermənistana 50-60 kilometr məsafə var. Azərbaycanın raketi Ermənistanın mərkəzini bir neçə saniyəyə darmadağın edə bilər. Paşinyanın buraxacağı "İsgəndər" raketini Azərbaycanın Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin sistemləri məhv etmək gücündədir.

Ermənistan neçə ildir ki, Mingəçeviri, Bakını, bizim neft kəmərləri vuracağını deyir. Paşinyanı sadəcə Moskvadan onun ağlında olan bir neçə siyasətçi ruhalandırıb. O, da bunun sayəsində belə bəyanatlar verir. Azərbaycan ordusu müharbəyə başlayıb və bu işi sona çatdırmaq lazımdır. Heç nədən çəkinib və ya qorxmaq azım deyil.

Azərbaycanın İsraildən aldığı hava hücumundan müdafiə sistemləri "İsgəndər" raketlərini aşkarlayıb yox etmək gücündədir. Çox şeyləri danışmaq olmur. Onu bilin ki, Azərbaycan neçə illlərdir böyük pullar sərf edərək silahlar alıb. Bu silahlar həmin bu günlər üçün alınıb.

Düşmən tərəfi darmadağın olur, uğursuzluq uğursuzluq ardınca gəlir. Paşinyan sürünə-sürünə Putinə yalvarır. Fransaya və digər ölkələrə zənglər edirlər".

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Rusiya KİV nümayəndələri ilə görüşdə Ermənistanın "İsgəndər" taktiki raket sistemləri və "Su-30SM" qırıcılarından Azərbaycana qarşı istifadə edilmə ehtimalına münasibət bildirərkən deyib ki, onun üçün prioritet ölkəsinin təhlükəsizliyini təmin etməkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu