Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39340
az

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verdi

20:1626 Sentyabr, 2020
389
DÜNYA
  • A

Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev vəzifəsindən istefa verib.

O, bu barədə özünün Facebook hesabında paylaşım edib.

Hacı Yasin Əliyev istefasını səhhətində yaranmış problemlərlə əlaqələndirib: "Son zamanlar sağlamlığımda müəyyən ciddi problemlər yaranıb. Bir ildir ki, həkimlərin nəzarət altında intensiv müalicə alıram. İnşallah ki, Uca Allahın şəfası və həkimlərin də köməyi ilə tez bir zamanda sağalaram. Həkimlərin məsləhəti və tövsiyələrinə əsasən, müalicə dönəmində psixoloji və fiziki olaraq stress və ağır işlərdən uzaq olub, istirahətə çox önəm verməli olduğum bildirilib. Təbii ki, tutduğum məsuliyyətlə həmin tövsiyələrə əməl etmək mümkün olmadığından iki uşaq atası olaraq öz işimdən çəkilməyi, istefa verməyi qərara alıram. Mən həmkarlarım şeyx və müfti ilə müsəlman icması üçün 20 illik fədakar zəhmət və şirin xatirələrlə ayrılacağam”.

Hacı Yasin Əliyev qeyd edib ki, yaxın gələcəkdə Ali dini şura toplanaraq yeni müftini seçki yolu ilə müəyyənləşdirəcək. Buna qədər onun vəzifəsini müşaviri hacı Eyvaz Mərdanov icra edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail MN-in binasına PUA-larla hücum edildi
"The Guardian" Tramp və Maska görə "X"dən imtina etdi
Ciorcia Meloni Azərbaycana gəldi

Ruslar ən çox bu sosial şəbəkədən istifadə edir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qayda pozmaları həyatlarına son qoydu