Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb.
Oxu24.com -un məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”sinə edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək də Dövlət Turizm Agentliyinin vəzifələri sırasına daxil edilib.
Oxu24.com
ŞƏRHLƏR