Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39267
az

Ramil Həsənin facebook səhifəsi: Diqqətimizi Dağlıq Qarabağ münaqişəsinə ayırmışıq

18:2224 Sentyabr, 2020
331
  • A

Millət vəkili Ramil Həsənin sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olmuş paylaşımı ilə bağlı yeni açıqlama verilib.

Sfera.az xəbər verir ki, deputat şəxsi hesabında paylaşımı haqqında gedən müzakirələrin ona qarşı qərəz olduğunu qeyd edib:


Milli Məclisin deputatı Ramil Həsənin rəsmi facebook səhifəsində (şəxsi profil deyil) admin və könüllülər qrupu tərəfindən doğum günü ilə bağlı paylaşılmış təbrik mesajı, son günlər, bəzi informasiya saytları və ayrı-ayrı şəxslər tərəfindən qərəzli şəkildə şişirdilərək, sanki "millət vəkili öz-özünü təbrik edir” formasında ictimaiyətə çatdırılıb.

Ölkəmizin, hazırda, taleyüklü, tarixi məqamdan keçdiyini nəzərə alaraq, hər birimizin əsl vətənpərvərlik nümunəsi nümayiş etdirərək, məsuliyyətli olub, dövlətimizin birliyi və bərabərliyi naminə, cənab Prezidentimizin ətrafında sıx birləşərək, fəaliyyət göstərməyimizin vacib olduğu bir vaxtda, deputat Ramil Həsənin doğum günü ilə bağlı kiçik bir məsələnin şişirdilib tamamilə yanlış şəkildə ifadə edilməsi qərəzdən, insanları yanlış məlumatlandırmaqdan başqa bir şey deyil.


Bütün diqqətimizin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar, eləcə də digər mühüm istiqamətlərdə baş verən hadisələrə yönəldiyi bir vaxtda, hörmətli seçicilərimizdən, insanlardan bu cür məsələlərlə bağlı verdiyimiz narahatlığa görə üzr istəyir və bu barədə informasiya yaymış saytların hər bir hadisəni, məlumatı mahiyyəti üzrə işıqlandırmalarını arzu edirik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Siyavuş Hacıyev vəfat etdi - Foto
Bu rayonda işıq kəsiləcək
Dubay şokoladı xərçəngə səbəb olur - Canan Karataydan şok iddia

Ruslar ən çox bu sosial şəbəkədən istifadə edir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qayda pozmaları həyatlarına son qoydu