Şuşa şəhərindən məcburi köşkün olan və hazırda Sumqayıt şəhərində kirayədə məskunlaşan Ələsgərovlar ailəsi mətbuat vasitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə mürciət edib.
Oxu24.com xəbər verir ki, ailənin hər iki övladı ağır və sağalmaz xəstəlikdən əziyyət çəkir. Bununla belə məcburi köçkün ailəsi bu zamana qədər mənzillə təmin olunmayıb.
Sözügedən müraciəti təqdim edirik;
Cənab Sədr. Biz Ələsgərovlar ailəsi erməni işğalı nəticəsində öz doğma yurdumuz olan Şuşadan ayrı düşmüşük. İşğaldan sonra bir çox Şuşalılar kimi biz də ölkənin müxtəlif yerlərinə dağıldıq.
Hazırda Sumqayıt şəhəri,Betonzavod ərazisində yerləşən İnşaatçılar qəsəbəsi ev 175-də məskunlaşmışıq. İki övladımız ağır və sağalmaz xəstəlikdən əziyyət çəkir. Böyük qızımız Ələsgərli Zəhra uşaq autizmi sindromundan əziyyət çəkir. Ona xüsusi qayğı və maddiyyat tələb olunur. Kiçik qızımız Zeynəb də ağır xəstəlikdən əziyyət çəkir.
Cənab Sədr, Sizə müraciət etməyimizdə məqsəd mənzil şəraitimizin yaxşılaşdıırlmasında bizə köməklik göstərməyinizi xahiş etməkdir. Biz Şuşa şəhərindən məburi köçkün kimi evlə təmin olunmamışıq. Kirayələrdə,iki xəstə uşaqlarla yaşamaq əzabdır.
Çox xahiş edirik ki, mənzil şəraitimizin yaxşılaşdırılmasına yardım edəsiniz.
Öncədən Sizə təşəkkür edirik.
Ümid edirik ki, çarəsiz vətəndaşın müraciətinə tezliklə cavab veriləcək.
Oxu24.com
ŞƏRHLƏR