Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən Oxu24.com verilən məlumata görə, iclasda AİH-in Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidentinin 07 avqust 2020-ci il tarixli fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.
AİH-in fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.
Oxu24.com
ŞƏRHLƏR