Türkiyənin Konya şəhərində koronavirusa yoluxan Selçuk Üniversitetinin Tibb Fakültəsinin tələbəsi Merve Mercan 45 gündür müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Oxu24.comİHA-ya istinadən xəbər verir ki, 45 gün öncə COVİD testi pozitiv çıxan Mervenin 5 gün sonra immun çatışmazlığı olduğu məlum olub.
Tələbə qız 40 gündür reanimasiyada ölüm-qalım mübarizəsi aparmasına rəğmən bu səhər, yerli vaxtla 8-də dünyasını dəyişib.
Oxu24.com
ŞƏRHLƏR