Türkiyə Silah Qüvvələrinin Suriyada xidməti vəzifəsini icra edən briqada generalı Sezgin Ərdoğan dünyasını dəyişib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, general ürək tutmasından vəfat edib.
Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda mərhum generalın bu gün vəfat etdiyibildirilib.
Məlumata görə, Suriyanın İdlib bölgəsində xidməti vəzifəsini yerinə yetirən general özünü narahat hiss edib.
Xəstəxanaya aparılan general həkimlərin səynə baxmayaraq, həyata gözlərini yumub.
Oxu24.com
ŞƏRHLƏR