Qoç - şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızla təmaslarda diqqətli davranın. Sevdiyiniz insanların istəklərini anlamağa çalışın. Ev işləri və məişət qayğılarının çözülməsi üçün əlverişli zamandır.
Buğa - kulinar eksperimentlər etmək olar. İşdə uğurlar o qədər də önəmli olmayacaq. Fəqət, ən kiçik irəliləyiş və ya nailiyyətiniz yaxın ətrafınızdakı bəzi insanların paxıllığına səbəb olacaq. Fəaliyyət göstərdiyiniz strukturda rəhbərliklə fikir ayrılığı istisna deyil. Münasibətləri korlamayın, ümumi məxrəcə nail olun.
Əkizlər - günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. İşdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız.
Xərçəng - peşəkar fəaliyyət və maliyyə məsələləri baxımından pis zaman deyil. İşgüzar intuisiyanız iti olsun. Alış-veriş etmək olar. Bədxərclik etməyin. Əməkdaşlıqla bağlı anlaşmaları müzakirə edəndə sayıqlığı əldən verməyin.
Şir - münaqişələrdən yan qaçmağa çalışın. Sizi təxribatlara çəkməyə çalışacaqlar. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Həmkarlarla yanaşı, yaxınlarınızla rəvan münasibətləri qorumağı unutmayın. Üzləşdiyiniz problemi müstəqil çözsəniz, yaxşıdır.
Qız - yardımçılara və tərəfdaşlara güvənməyin. Onlar, gerçəkdən də, faydalı işlər görmək əvəzinə diqqətinizi yayındıracaqlar. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun.
Tərəzi - qəfil görüş ola bilər. Əyləncə və ya istirahəti işə qurban vermək məcburiyyətində qalacaqsınız. Sakit, təmkinli olun. Dincəlməyə, şənlənməyə hələ çox imkanlar yaranacaq.
Əqrəb - tələsməyin. Bu gün qarşılaşacağınız problemlərin hamısını həll etmək mümkün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq fikriniz varsa, qətiyyətli olun, təxəyyülünüzü işə salın.
Oxatan - Çoxdankı rəqibləri üstələmək üçün bir qədər hiyləgərlik edin. Fəndgir olun. Günün ikinci yarısında məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan birindən maraqlı işgüzar təklif alacaqsınız. Şəxsi münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla asanlıqla dil tapacaqsınız. Sevdiyiniz insan xoş sürprizlə sizi sevindirəcək.
Oğlaq - sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.
Dolça - müstəqil fəaliyyət göstərməyə çalışın. Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.
Balıqlar - parlaq, yaddaqalan gün olacaq. Amma asan və sadə zaman da deyil. Güclü rəqiblə mübarizə maraqlarınızı müdafiə edin. İtkilərə yol verməmək üçün hiyləgər olun. Hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız.
Oxu24.com
ŞƏRHLƏR