Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38553
az

Şad xəbəri deputat verdi: Bu tarixdən rayona yolların açılması gözlənilir

13:5804 Sentyabr, 2020
2196
CƏMİYYƏT
  • A

Operativ Qərargahın sonuncu brifinqində sentyabrın 15-nə kimi növbəti yumşalmanın olacağı ilə bağlı fikirlər səsləndirildi.

Eyni zamanda rayonlara gediş-gəlişin də bərpası gözlənilir. Gələn həftədən rayonlara gediş-gəliş bərpası ilə bağlı qərar verilə bilərmi?

Oxu24.com  KONKRET.az-a istinadla xəbər verir ki, bu məsələ ilə bağlı sualı cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, rayonlarda artıq sərt karantin rejimi yığışdırılıb:

"Mən özüm Gəncədəyəm. Gəncə, Goranboy da sərt karantin rejimində idi, lakin sonuncu yumşalmadan sonra bu rayonlarda sərt karantin rejimi yığışdırılıb. Sərt karantin rejimi yalnız Bakı, Sumqayıt və Abşeronda saxlanılıb. Orada da əhali sıxlığı məsələsi var. Ən önəmlisi isə yoluxmaların əksər hissəsi həmin rayon və şəhərlərdə olduğu üçün sərt karantin rejimi saxlanıldı.

Təbii ki, rayonlara gediş-gəlişin açılması yoluxanların artma-azalma dinamikasından asılıdır. Gündəlik yoluxanların sayı hələ ki, artma-azalma dinamikası ilə davam edir. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, rayonlara-gediş gəliş açıla bilər. Məzuniyyətlər də artıq bitir. Rayonlara gedənlərin sayı da az olacaq. Çünki insanlar daha çox məzuniyyət zamanı yay aylarında rayonlara üz tuturlar”.

Müşfiq Cəfərov fikrini belə tamamlayıb:

"Nəzərə alsaq ki, dərslər başlayır, iş yerləri fəaliyyətini bərpa edir. Bu baxımdan hesab edirəm ki, rayonlara gediş-gəliş açılsa belə ciddi narahatlıq yaratmayacaq.

Təbii ki, rayonlara gediş-gəlişin açılması üçün müəyyən qaydaların hazırlanması və insanlarımızın Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməsi vacibdir”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü