Bakıda narkotik vasitə alverçiləri tutulub.
APA-nın məlumatına görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Famil Mehdiyev saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 1,040 qram heroin və 0,525 qram narkotik maddə olan metanfetamin aşkar edilərək götürülüb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları isə keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri Eyvaz Aslanovdan 0,046 qram, Mirsəftər Aslanovdan isə 0,027 qram narkotik maddə olan heroin aşkar edərək götürüb.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.
ŞƏRHLƏR