Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38509
az

Avtobuslarda gediş haqqı 50 qəpik olacaq - İDDİA

10:1503 Sentyabr, 2020
409
CƏMİYYƏT
  • A

“Azərbaycanda ictimai nəqliyyatda bahalaşma gözlənilir”.

Oxu24.com  xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.

“Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsini "taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var" fikirlərinə müxtəlif mənbədən fərqli şərhlər yazılsa da, mən də özəl olaraq sizinlə 2 qənaətimi bölüşmək istərdim.

1) Xatırlayırsınızsa, "pomidor taksi"lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir.

2) Taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılacağı niyyətindən xəbər verir. Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, o sıradan da metroda gediş haqları qaldırılacaq. Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik olsun.

Odur ki, bilin ki, BNA nümayəndəsi sözü heç vaxt havaya deməz, anında və məkanında işlədib. Bir sözlə, ayının min oyunu var, bir armudun başında”, - deyə Qubad İbadoğlu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səudiyyə Ərəbistanı COP29 çərçivəsində ilk karbon krediti birjasını işə salıb
Gəncədə avtobus qəzaya düşdü- Yaralılar var
Sərnişinləri yeni formada qarşılayırlar- Fotolar

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Maşın 50 yaşlı kişini vurub öldürdü