Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38465
az

“Lotu Quli”nin qətlinin sifarişçisi açıqlandı - SENSASSİON AD

19:2001 Sentyabr, 2020
2698
KRİMİNAL
  • A

Avqustun 19-da Türkiyənin Antalya şəhərindəki otellərdən birində qətlə yetirilən mşhur kriminal avtoritet Nadir Səlifovun ("Lotu Quli”) qardaşı, "Namiq Bakinski” kimi tanınan Namiq Səlifovun "vor” titulundan məhrum edilməsinə dair bu günlərdə KİV-lərə ötürülən "proqon” saxtadır.

Virtualaz.org xəbər verir ki, bu haqda "Prime Crime” agentliyi bildirir. İddia edilir ki, həmin "proqon”un altında imzası olan "vor”ların nə hamısı birlikdə, nə də ayrı-ayrılıqda N.Səlifovun tituldan məhrum edilməsinə dair həbsxanalara "proqon” göndərməyiblər.

Xatırladaq ki, həmin "proqon”un altında "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov başda olmaqla bir sıra "qanuni oğruların” adları yer almışdı. Lakin virtualaz.org dəqiqləşdirmişdi ki, həmin "proqon” bir il əvvəl olub və daha sonra "qüvvəsini itirib”. Namiq Səlifovun "Lotu Quli”nin kriminal imperiyasının başına keçdiyi haqda xəbərlərdən sonra bu "sənəd” ortaya atılıb.

"Prime Crime” bildirir ki, Qulinin öldürülməsinin arxasında "Rövşən Lənkəranski”nin qardaşı, Azərbaycan gömrüyünün polkovnik rütbəli keçmiş əməkdaşı Namiqin və Moskvada fəaliyyət göstərən əmisi oğlu Zaurun ("Zayka”)  dayandığı deyilir. Onlar istənilən yolla qardaşlarının qisasını alacaqlarına and içmişdilər.

Lakin Quli Rövşənin ölümünə görə heç vaxt günahı üzərinə götürməmişdi. Heç bir "qanuni oğru”, o cümlədən "Rövşən Lənkəranski”nin dostları onu bu qətlə görə birbaşa ittiham etməmişdilər. Ona görə də əgər Rövşənin öldürülməsi iki "qanuni oğru”nun toqquşmasının nəticəsidirsə indiki halda Qulinin qətli "Lənkəranski”nin qohumlarının qan qisasıdır.

"Rövşən Lənkərnski"nin qardaşı, solda

 

O da bildirilir ki, həmin "proqon”da adları göstərilən "vor”ların hamısının Quli ilə bu və ya digər formada münaqişəsi olub, amma Quli onlarla açıq münaqişəyə getməyib. Bununla belə Qulinin qətlinin Quram, Badri və Şakro ilə bağlı olduğu haqda versiya dərhal ortaya atılıb.
Sayt daha sonra yazır ki, Qulinin qatili Xaqan Zeynalov ("Xan Əhmədlinski”) xüsusi olaraq onun ətrafına yerləşdirilməmişdi, amma Qulinin etibarlı adamına çevriləndən sonra ələ alınıb. Onu bu işə nə vadar edib, bilinmir. Qatil Qulini öldürməklə şan-şöhrətə, yoxsa sanballı qonorara ümid edirdi, bu məlum deyil, amma görünən odur ki, cinayətdən sonra ələ keçməklə onun planları pozulub.

Sayt mənbəyə istinadən bildirir ki, sifarişçiyə aparan izləri itirmək üçün "Xan”ı onun cinayət ortağı-sürücü Amir Həmidli aradan götürməliydi. Həmidlini "Xan”a "Rövşən Lənkəranski”nin qohumları calaşdırıb, amma Antalya-Denizli yolunda onları polis saxladığına görə sürücü "Xan”ı öldürə bilməyib. Habelə deyilənə görə, Xaqan Zeynalov qətlə görə vəd olunan qonorarı almayıb. Bəzi məlumatlara görə, o, şəxsi nifrət zəminində Qulini öldürməyə razılaşıb, lakin protokolsuz söhbətlərdə qətli muzdla törətdiyini inkar etmir. Üstəlik iddia olunur ki, "Xan” daha sonra sifarişçi kimi "Kvejoyeviç” ləqəbli gürcü "qanuni oğru” Quram Çxladzenin adını çəkməlidir. "Kvejoyeviç” ötən ilin avqustunda Antalyada Quli ilə söhbət zamanı onun adamı, "Arman Dikiy” ləqəbli qazaxıstanlı "fraer” ("vor” adı almağa can atan) Arman Cumqaldiyev tərəfindən döyülmüşdü. Quli isə onu cəzalandırmaqdan imtina etmişdi.

Namiqə gəldiksə isə onu nüfuzdan salmağa yönələn saxta "proqon”  kriminal aləmin liderlərinin ona qarşı iddiasının olmadığını göstərmiş olub. İndiyədək Qulinin yüksək avtoritetini qəbul edərək Namiq onun kölgəsində qalmağa məhkum idi. O, hələ 16 yaşında Quliyə atəş açan şəxsə tapançanın darağını boşaltmaqla böyük qardaşının hörmətini qazanıb. Bildirilir ki, Qulinin azadlığa çıxmasında da qardaşının xidmətləri olmuşdu. Amma o, "vor” statusu alandan sonra bəzi məsələlərdə qardaşı ilə fərqli mövqe ortaya qoyub. Namiq qardaşına nisbətən kompromslərə meyllidir, amma publik şəxs deyil. İndi onun qardaşının işini davam etdirməkdən başqa yolu qalmır...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaxda ağır qəza - Azyaşlı öldü
Maşın 50 yaşlı kişini vurub öldürdü
Sabunçudakı tuneldə 2 nəfərin boğulub ölməsi ilə bağlı    Prokurorluqda iş açılıb

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü