Təhlükəsizlik qüvvələri Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahını - Müstəqillik Sarayını mühasirəyə alıb.
Oxu24.com] xəbər verir ki, bu barədə Belarus mediasında məlumat yayılıb.
Məlumatda təhlükəsizlik məqsədilə prezidentin iqamətgahı ətrafında qoruma tədbirlərinin gücləndirildiyi bildirilib. Bu gün Minskdə "Sülh və Azadlıq Yürüşü" adlı etiraz aksiyası başlayıb. Azadıq meydanından başlayan yürüş zamanı nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar barədə xəbərlər var.
Səhər saatlarından Çevik Polis Alayına məxsus (ÇPA) nəqliyyat vasitələri və zirehli texnikalar Minskin mərkəzinə çəkilməyə başlayıb.
Belarusda artıq üç həftədir etirazlar davam edir. Müxalifət mövcud hökumətdən istefaya getməyi, yeni prezident seçkiləri keçirməyi və etirazın ilk günlərində nümayişçilərə qarşı sui-qəsd hallarını araşdırmağı tələb edir.
Oxu24.com
ŞƏRHLƏR