Azərbaycanda “Hell” energetik içkilərini satan şirkət ləğv edildiyini açıqladı.
"Oxu24.com" xəbər verir ki, “Coast Castle” MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel pr 23 küçəsi, ev Amay ticarət mərkəzi, mənzil 3 cü mərtəbə 10cu otaq ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Coast Castle” MMC Macarıstanda istehsal olunan “Hell” energetik içkisinin Azərbaycanda distributorudur.
Bildirək ki, şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb. “Coast Castle” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ruslan Dəmirçiyevdir.
Oxu24.com
ŞƏRHLƏR