Ryusiya və ABŞ hərbçiləri arasında qarşıdurma Suriyanın şimal-şəqrində Derik yaşayış məntəqəsi yaxınlığında baş verib.
“Ölkə.Az” Telegrama istinadən xəbər verir ki, Rusiya zirehli texnikası (BTR-82A) Amerikanın zirehli tenikası International MaxxPro ilə toqquşub.
Bu hadisə videoya düşüb. Belə ki, videodan da göründüyü kimi Rus hərbi texnikaları Suriya düzənliyində özləri arasında yarış keçirir və burada BTR, “Tiqr” və “Tayfun” zirehli texnikası, o cümlədən “Ural” avtomobiıi iştirak edir. ABŞ bayrağı altında zirehli texnika Rusiya bayrağı altında yarış keçirən hərbi texnikanın qarşısını almaq istəyir və onların yolunu kəsir. Havadan isə hərbi texnikaların üzərindən Mi-8 helikopterləri uçur.Rusiya hərbi texnikasının yolu kəsən zaman BTR Amerikan hərbi texnikası ilə toqquşur. Nəticədə 4 ABŞ hərbçisi yaralanır. Bu hadisə ABŞ-la Rusiya arasında qarşılıqlı ittihamlara səbəb olub. Hətta ABŞ Milli təhlükəsizlik şurasının təmsilçisi Con Uilton bəyan edib ki, yol-nəqliyyat hadisəsinin səbəkarı rusiyalı hərbçilərdir.
Oxu24.com
ŞƏRHLƏR